Paşinyan ölkəsinin təhlükəsizliyinin əsas faktorlarını açıqlayıb

Paşinyan ölkəsinin təhlükəsizliyinin əsas faktorlarını açıqlayıb
  18 Avqust 2021    Oxunub:830
"Ermənistan Silahlı Qüvvələrində genişmiqyaslı islahatlar prosesi başlayıb".
Azvision.az xəbər verir ki, bunu Ermənistan baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. O, ordunu ölkənin xarici təhlükəsizliyinin təmin olunmasında əsas faktor adlandırıb. Paşinyan aktiv xarici siyasəti də təhlükəsizliyin əsas şərti hesab edib.

"Ermənistan bütün ölkələr və beynəlxalq təşkilatlarla işləyərək fəal xarici siyasət yürütməlidir" - deyən baş nazir Ermənistan-Rusiya münasibətlərinə də toxunub. O bu iki dövlət arasında olan strateji müttəfiqliyi və ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyünü İrəvanın təhlükəsizliyinin mühüm amili sayıb.

Tural Tağıyev
Azvision.az



Teqlər:





Xəbər lenti