Ermənistan 5 ilə Xarici Kəşfiyyat Xidməti quracaq

Ermənistan 5 ilə Xarici Kəşfiyyat Xidməti quracaq
  18 Avqust 2021    Oxunub:934
Ermənistan beş il ərzində Xarici Kəşfiyyat Xidməti yaradacaq.
Azvision.az xəbər verir ki, barədə Ermənistanın baş naziri Nikol Paşinyan məlumat verib.

O, hökumətin 2021-2026-cı illər üçün proqramını təqdim edərkən deyib ki, proqram Nazirlər Kabineti tərəfindən təsdiqləndikdən sonra parlamentdə müzakirə olunacaq. Parlament müzakirələri isə gələn həftə baş tutacaq. Proqram 6 bölmədən ibarətdir. Bunlar: "Təhlükəsizlik və Xarici siyasət", "İqtisadiyyat", "İnfrastrukrun inkişafı", "İnsan kapitalının inkişafı", "Hüquq və Ədalət" və "İnstitusional inkişaf".

Tural Tağıyev
Azvision.az



Teqlər: Ermənistan  





Xəbər lenti