ABŞ hərbçiləri Kabil hava limanında atəş açıb

ABŞ hərbçiləri Kabil hava limanında atəş açıb
  18 Avqust 2021    Oxunub:1179
ABŞ hərbçiləri kütləni nəzarətdə saxlamaq üçün Kabil hava limanında xəbərdarlıq atəşi açıb. Bu barədə Newsy portalı Pentaqona istinadla məlumat yayıb.
ABŞ Müdafiə Nazirliyinin sözçüsü Con Kirbi hərbçilərin atəş açdığını və heç kimin xəsarət almadığını təsdiqləyib.

"Bizə yaralananlar və ya ölüm hadisələri ilə bağlı məlumat daxil olmayıb",-deyə C. Kirbi bildirib.

Azvision.az



Teqlər: Əfqanıstan  





Xəbər lenti