Merkel və Bayden Əfqanıstanı müzakirə etdilər

   Merkel və Bayden Əfqanıstanı müzakirə etdilər
  18 Avqust 2021    Oxunub:1444
Almaniya kansleri Angela Merkel və ABŞ prezidenti Co Bayden Əfqanıstandakı vəziyyəti müzakirə ediblər. Dövlət rəsmiləri Kabil hava limanında hər iki ölkənin təhlükəsizlik qüvvələri arasında əməkdaşlıq haqqında razılığa gəliblər.
Bu barədə Almaniya Nazirlər Kabinetinin mətbuat xidməti telefon danışıqlarından sonra məlumat verib.

"Federal kansler və Prezident Bayden Kabil hava limanında Almaniya və ABŞ təhlükəsizlik qüvvələrinin daha sıx əməkdaşlığına dair razılığa gəliblər. Söhbət zamanı müdafiəyə ehtiyacı olan mümkün qədər çox insanın təxliyyə edilməsi ilə bağlı da fikir birliyi ifadə olunub. Angela Merkel Almaniyanı dəstəkləyən əfqan vətəndaşının ölkəni tərk etməsinə icazə verilməsinin vacibliyini vurğulayıb.

Şahanə Rəhimli




Teqlər: Merkel   Co-Bayden  





Xəbər lenti