Əşrəf Qani tezliklə Əfqanıstana dönəcəyinə söz verdi

   Əşrəf Qani tezliklə Əfqanıstana dönəcəyinə söz verdi
  18 Avqust 2021    Oxunub:1781
Ölkədən qaçan Əfqanıstan Prezidenti Əşrəf Qani xalqa videomüraciət edib. O, hazırda Birləşmiş Ərəb Əmirliyində olduğunu bildirib və dövlət xəzinəsindən pul oğurlaması ilə bağlı şayiələrin əsassız olduğunu deyib.
"Kabilin süqutu günü baş verənlərin təfərrüatları barədə daha sonra danışacağam... Kabildə qan tökülməsinin səbəbkarı olmaq istəmədiyim üçün Əfqanıstanı tərk etmək məcburiyyətində qaldım",-deyə Qani bildirib.

Siyasətçi "Taliban" nümayəndələrinin Kabilə girməyəcəklərinə dair söz verdiklərini, ancaq əvvəlcədən prezident sarayını mühasirəyə aldıqlarını qeyd edib.

Ə. Qani tezliklə ölkəyə dönəcəyini vəd edib. Dövlət başçısının sözlərinə görə, ona qarşı sui -qəsdin hazırlanması ilə bağlı informasiya alıb.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: ƏşrəfQani  





Xəbər lenti