ABŞ-da fabrik işçisi iki qadını öldürüb

ABŞ-da fabrik işçisi iki qadını öldürüb
  19 Avqust 2021    Oxunub:944
ABŞ -ın İndiana ştatında fabrik işçisi iş yoldaşlarına atəş açıb və iki qadını öldürüb. Bu barədə yerli şerifin ofisinə istinadən ABC kanalını məlumat yayıb.
Atışma müəssisənin dayanacağında baş verib. Həmkarlarına atəş açan şübhəli maşınla qaçmağa çalışsa da, dərhal qəzaya düşüb və nəzarətə götürülüb.

Polis hücumun motivlərini araşdırır. Hadisənin bütün iştirakçıları avtomobil oturacaqları istehsal edən fabrikdə işləyirdi.

Azvision.az



Teqlər: ABŞ  





Xəbər lenti