Azərbaycanlı yanğınsöndürənlərin sonuncu qrupu Türkiyədən qayıdıb

Belə ki, qardaş Türkiyədə yanğınların söndürülməsi ilə bağlı tapşırıqları uğurla yerinə yetirən və quru yolu ilə geri qayıdan FHN-in xüsusi texnika və canlı qüvvəsindən ibarət sonuncu qrup da bu gün səhər saatlarında ölkə ərazisinə daxil olub. Hazırda həmin qüvvələr daimi dislokasiya yerlərinə doğru istiqamət alıb. Xatırladaq ki, FHN-in yanğın-xilasetmə qüvvələrinin ilk iki qrupu təyyarə ilə 16 avqust 2021-ci il tarixində ölkəmizə qayıdıb.
Azvision.az
Teqlər: FHN