RF XİN: "Navalnı işi Rusiyanı gözdən salmağa yönəlmiş planlı təxribatdır"

      RF XİN:    "Navalnı işi Rusiyanı gözdən salmağa yönəlmiş planlı təxribatdır"
  19 Avqust 2021    Oxunub:967

RF Ədliyyə Nazirliyinin xarici agent funksiyalarını yerinə yetirən təşkilatların reyestrinə daxil edilmiş və ekstremist təşkilat kimi tanınan FBK-nın (Korrupsiyaya qarşı mübarizə fondu) qurucusu Aleksey Navalnının işi ilə bağlı baş verən hadisə Rusiyanı gözdən salmağa yönəlik təxribatdır.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc edilmiş məlumatda qeyd olunub.

Nazirlik qeyd edir ki, 2 sentyabr 2020 -ci ildə Almaniya hakimiyyəti Navalnının " hərbi zəhərli maddə", xüsusilə də "Noviçok" ilə zəhərləndiyini ən yüksək siyasi səviyyədə və qəti şəkildə elan edib. Xarici İşlər Nazirliyi vurğulayıb ki, Almaniya bu hadisə ilə bağlı Moskvaya qarşı ittihamlarını təsdiqləyən heç bir sübut təqdim etməyib. Açıqlamaya görə, Almaniya Federativ Respublikasının Ədliyyə Nazirliyi Navalnı işi ilə əlaqədar olaraq Rusiya Federasiyası Baş Prokurorluğunun beynəlxalq hüquqi yardımla bağlı 8 müraciətinə məzmunlu cavab verməyib.

Rusiya XİN Almaniya səlahiyyətlilərinin ikitərəfli təmaslarda da bu mövzunu müzakirə etmək niyyətində olmadıqlarını gizlətmədiklərini vurğulayıb, çünki bu məsələ artıq onlar üçün qapanmış kimi görünür.

Navalnı işindən Qərbin təzyiqləri məqsədilə istifadə olunur

Rusiya XİN NATO üzvü olan ölkələrin Rusiyanın işlərinə müdaxilə etmək üçün Navalnının komandasından məlumat aldığını qeyd edib. Navalnının gündəmdə saxlanılmasından bu il 17-19 sentyabrda Dövlət Dumasına keçiriləcək seçkilərə təsir etmək üçün istifadə edildiyi dəqiqləşdirlir.

Nazirliyin nümayəndəsi onu da bildirib ki, Navalnı ilə bağlı hadisə Almaniyanın və digər Qərb ölkələrinin Rusiyanı hərtərəfli cilovlamaq strategiyasının tərkib hissəsidir.

Nadir Quliyev
Azvision.az



Teqlər: Navalnı   Almaniya  





Xəbər lenti