Haiti zəlzələsində ölənlərin sayı 2189-a çatdı

Haiti zəlzələsində ölənlərin sayı 2189-a çatdı
  19 Avqust 2021    Oxunub:967
Avqustun 14-də Haitidə baş vermiş zəlzələ qurbanlarının sayı artmaqdadır. Azvision.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Ölkənin mülki müdafiə xidmətindən verilən xəbərə görə, ölü sayı 2189 -a yüksəlib. Xəsarət alanların sayı isə 12 mini keçib.

Qeyd edək ki, avqustun 14 -də Haiti sahillərində 7,2 bal gücündə zəlzələ baş verib. UNICEF -in hesablamalarına görə, təbii fəlakət 540 min uşaq da daxil olmaqla ölkədə təxminən 1,2 milyon insana təsir edib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Haiti   Zəlzələ  





Xəbər lenti