İrəvanda aksiya: Valideynlər Xankəndidə itən əsgərləri axtarırlar

   İrəvanda aksiya:   Valideynlər Xankəndidə itən əsgərləri axtarırlar
  19 Avqust 2021    Oxunub:3069
Bu gün Ermənistanda itkin düşmüş hərbçilərin yaxınları etiraz aksiyası keçiriblər. Səhər saatlarında Milli Təhlükəsizlik Xidməti(MTX) binasının qarşısına toplaşan etirazçılar nazirlə görüş tələb ediblər. Azvision.az xəbər verir ki, erməni mediası artıq MTX direktoru Armen Abazyanın valideynləri qəbul etməsini yazıb.
"Vətəndaşlar binanın qarşısında etiraz aksiyası keçiriblər. Daha sonra MTX-nin gözləmə foyesinə daxil olmağı bacaran əsgər valideynləri suallarına cavab alana qədər buradan ayrılmayacaqlarını bəyan ediblər. Onlar Abazyanla görüşməkdə israrlı olduqlarını bildiriblər. Görünür etirazçıların inadından əl çəkməyəcəyini görən MTX rəhbəri sonda əlacsız şəkildə valideynləri qəbul edib.

İtkin hərbçilərin yaxınları indiyə kimi müxtəlif orqanlara müraciət etdiklərini, lakin heç bir müsbət cavab almadıqlarını bildiriblər. Vətəndaşların sözlərinə görə, itkin əsgərlər Xankəndidə yerləşən hərbi hissələrdən birində xidmət edirmiş. Əvvəlcə bu bölmənin hərbçilərindən 21 -nin itkin düşdüyü bildirilib. Artıq onlardan 9 nəfərin cəsədi tapılıb. Qalanların taleyi haqqında isə heç nə məlum deyil ",-məqalədə yazılıb.

İrəvanda əsgər qəbirləri ilə bağlı qalmaqal: Yerablur niyə betonlanır- FOTOLAR
Etiraz edən itkin düşmüş əsgərlərdən birinin atası jurnalistlərə verdiyi açıqlamada deyib ki, onlar bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsinin ofisinə də gediblər. Amma rəhbərlik iş başında olmayıb. Sabah səhər valideynlər yenidən ofisə üz tutacaqlar. O həmçinin əlavə edib ki, MTX rəhbəri ilə görüşdə jurnalistlər təmsil olunmayıblar.

Qeyd edək ki, rəsmi məlumatlara görə, 2020-ci ilin payızında başlamış İkinci Qarabağ müharibəsi zamanı 3621 erməni hərbçi öldürülüb. İtkin düşənlərin sayı isə 321 nəfərdir. 11 mindən çox erməni hərbçi yaralanıb.

Müstəqil araşdırmaçılar, QHT və hərbi ekspertlər isə rəqəmlərin açıqlanan statistikadakından iki dəfə çox olduğunu iddia edirlər. Onlar hər gün tapılan cəsəd qalıqlarının itkilərin miqyasının faciəvi hald aolmasından xəbər verdiyini söyləyirlər. Məsələn, təkcə dünən Azərbaycanın işğaldan azad etdiyi ərazilərdə 6 cəsəd qalığı aşkarlanıb

Tural Tağıyev
Azvision.az



Teqlər:   Xankəndi   Aksiya   Ermənistan  





Xəbər lenti