Vitse-prezident Salehin qüvvələri bir rayonu “Taliban”dan alıb

   Vitse-prezident  Salehin  qüvvələri bir rayonu “Taliban”dan alıb
  19 Avqust 2021    Oxunub:1137
Əfqanıstanın vitse-prezidenti Əmrulla Salehin hərbi qüvvələri Pərvan vilayətinin Çarikar rayonunu taliblərdən alıblar. Azvision.az RİA Novosti nəşrinə istinadən xəbər verir ki, vitse-prezidenti Əmrulla Salehin hərbi qüvvələri Kabilin şimalında yerləşən Pərvan əyalətinin Çarikar rayonunu “Taliban”dan alıb. Bu barədə Əfqanıstan paytaxtındakı hərbi mənbədən məlumat yayılıb.
“Hazırda Pəncşir rayonunda döyüşlər gedir”, - mənbə bildirib.

İndi general Əbdülrəşid Dostumun rəhbərliyi altında əfqan ordusunun on min hərbçisi də regiona doğru irəliləməkdədir.

Çarikardakı Salang tunelindən strateji əhəmiyyətli yol keçir, bu yol Kabili Əfqanıstanın şimalındakı ən böyük şəhər olan Məzari-Şəriflə birləşdirir.

Bundan əvvəl Saleh bəyan etmişdi ki, qaçan prezident Əşrəf Qanidən fərqli olaraq, o, ölkədə qalıb və Konstitusiyaya görə müvəqqəti dövlət başçısıdır.

Xatırladaq ki, taliblər Kabilə avqustun 15-də döyüşsüz daxil olaraq, bir neçə saat ərzində paytaxtı nəzarətə götürüblər. Əfqanıstan prezidenti Əşrəf Qani qan tökülməsinə yol verməmək üçün səlahiyyətlərini təhvil verib və ölkəni tərk edib.

“Taliban”ın siyasi ofisinin rəsmi nümayəndəsi Məhəmməd Naim bildirib ki, 20 il davam edən müharibə başa çatıb və yaxın vaxtlarda yeni idarəçilik bərqərar olacaq.

Nadir Quliyev
Azvision.az



Teqlər: Saleh   Əfqanıstan   Dostum  





Xəbər lenti