ABŞ Əfqanıstanda orduya günlük 300 milyon dollar xərcləyib

ABŞ Əfqanıstanda orduya günlük 300 milyon dollar xərcləyib
  19 Avqust 2021    Oxunub:756
ABŞ-ın Əfqanıstanda 20 il ərzində həyata keçirdiyi əməliyyatların hər günü bir neçə yüz milyon dollara başa gəlib.
Azvision.az xəbər verir ki, bunu Avropa Birliyinin Xarici və Təhlükəsizlik Siyasəti üzrə ali nümayəndəsi Josef Borrel deyib.

"Amerika hər gün Əfqanıstanda 300 milyon dollardan çox pul xərcləyib", - Borrel Avropa Birliyinin komitə iclasında bildirib.

Məlum olub ki, rəsmi Vaşinqtonun Əfqanıstanda kontingent saxlamaq üçün ayırdığı ümumi maliyyə iki trilyon dollardan çox olub. Borrelə görə, ölkədə hakimiyyət dəyişikliyinin baş verməsi həm yerli xalq, həm də digər dövlətlər üçün əsl fəlakətə çevrilib.

Bundan əlavə, AB ali nümayəndəsi baş verənlərin Taliban da daxil olmaqla hər kəs üçün sürpriz olduğunu bildirib.

Tural Tağıyev
Azvision.az



Teqlər:





Xəbər lenti