Türkiyə koronavirusla bağlı məhdudiyyətləri sərtləşdirəcək

Türkiyə koronavirusla bağlı məhdudiyyətləri sərtləşdirəcək
  19 Avqust 2021    Oxunub:1133
Türkiyə hökuməti peyvənd olunmayan vətəndaşlardan kinoteatrlara və restoranlara daxil olmaları üçün mənfi PCR test nəticəsi tələb edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Koronavirusa qarşı peyvənd olunmayan tələbələrin və universitet işçilərinin müntəzəm PCR testlərini tələb edəcəyik. Uçuşlar və şəhərlərarası daşınma, kinoteatr və restoranlar kimi yerlərə daxil olma zamanı da testlər tələb olunacaq".

Prezidentin sözlərinə görə, sentyabrın 6 -da dərs ilinin başlaması ilə əlaqədar peyvənd olunmayan məktəb işçilərinin də həftədə ən azı iki dəfə PCR testindən keçmələri lazım olacaq",-deyə Türkiyə lideri vurğulayıb.

Azvision.az



Teqlər: Ərdoğan   Türkiyə  



Xəbər lenti