İspaniya Rusiya hərbi gəmilərinin limana girməsinə icazə vermədi

   İspaniya Rusiya hərbi gəmilərinin limana girməsinə icazə vermədi
  20 Avqust 2021    Oxunub:1185
İspaniya Xarici İşlər Nazirliyi, Rusiya hərbi gəmilərinin Afrikanın şimalındakı Seuta limanına girməsinə icazə vermədi.
Azvision.az İspaniyanın “El Pais” nəşrinə istinadən xəbər verir ki, İspaniya Xarici İşlər Nazirliyi Rusiya hərbi gəmilərinin Afrikanın şimal sahilindəki Ceuta limanına girməsinə icazə verməyib.
Nəşrin yazdığına görə, Rusiya tərəfi "Vitse-Admiral Kulakov" böyük sualtı qayıq əleyhinə gəmisi və "Altay" yedək gəmisi üçün 18-20 avqust tarixlərində icazə istəyib.

İspaniya Müdafiə Nazirliyi sənədin verilməsində heç bir maneə görməsə də, ölkənin Xarici İşlər Nazirliyi əlavə olaraq Moskvadan kampaniyanın son məqsədi barədə soruşub.

Nəşr hesab edir ki, nazirlik bununla Rusiya gəmilərinin marşrutu ilə bağlı hər hansı ziddiyyətli vəziyyətdən yasyınmaq istəyib və heç bir cavab almadığı üçün ərizəni rədd edib.

Məqalədə 2022 -ci ilin yazında keçiriləcək NATO zirvəsinin təşkilatçısı olacaq Madridin bu mövqeyinin siyasi mahiyyətindən də bəhs edilir.

Xatırladırıq ki, 2017 -ci ilin əvvəlində də İspaniya, "Admiral Kuznetsov" ağır kreyserinin rəhbərlik etdiyi bir rus təyyarədaşıyan gəmi qrupunun Seutaya girməsinə icazə verməmişdi. Daha sonra Rusiya Müdafiə Nazirliyi İspaniyanın bu addımı ABŞ və NATO-nun təzyiqlərindən qaynaqlandığını açıq şəkildə bəyan etmişdi.

Nadir Quliyev
Azvision.az



Teqlər: İspaniya   Rusoya   Gəmi  



Xəbər lenti