Azərbaycanda şirkət 20 min manat cərimələndi

Azərbaycanda şirkət 20 min manat cərimələndi
  20 Avqust 2021    Oxunub:858
“Alov-Mühafizə” MMC mühafizə şirkəti tərəfindən Azərbaycan Respublikası əmək qanunvericiliyinin tələblərinin pozularaq qanunla nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlanmadan müxtəlif şəxslərin işlərin görülməsinə cəlb edilməsi faktına dair Lənkəran rayon prokurorluğunda aparılmış yoxlama nəticəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək qanunvericiliyinin pozulması) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılıb.
Lənkəran rayon prokurorluğundan Azvision.az -a veirlən məlumata görə, toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilmiş və məhkəmənin qərarı ilə “Alov-Mühafizə” MMC-yə 20 min manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilib.

Azvision.az


Teqlər: Şirkət   Cərimə  





Xəbər lenti