Türkiyədə meşə rus hərbçilərin adını daşıyacaq

Türkiyədə meşə rus hərbçilərin adını daşıyacaq
  20 Avqust 2021    Oxunub:873
Bir müddət öncə Türkiyədəki yanğınların söndürülməsi zamanı həlak olmuş rus hərbçilərin adı əbədiləşdiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Bodrum rəhbərliyi açıqlama verib. Bələdiyyə rəhbərinin Rusiya mətbuatına verdiyi məlumata görə, şəhərdə "Be-200" amfibiya yanğınsöndürən təyyarəsinin ekipaj üzvlərinin şərəfinə meşə salınacaq. Gələcəkdə həmin meşələr qəhrəman rus hərbçilərinin adını daşıyacaq.

Qeyd edək ki, avqustun 14-də Rusiyaya məxsus "Be-200" təyyarəsi Adana yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan beş rus hərbçisi və üç Türkiyə vətəndaşı qəza nəticəsində həlak olub.

Tural Tağıyev
Azvision.az



Teqlər: Türkiyə   Meşə  





Xəbər lenti