ABŞ-da 23 min insan yanğına görə təxliyyə edildi

ABŞ-da 23 min insan yanğına görə təxliyyə edildi
  20 Avqust 2021    Oxunub:1560
Bir neçə gündür ABŞ-ın Kaliforniya ştatında davam edən "Kaldor" meşə yanğını sürətlə yayılmaqdadır. Artıq ən azı 23 min insanın ərazidən təxliyə edildiyi bildirilir.
Azvision.az xəbər verir ki, bu barədə Kaliforniya Meşə və Yanğından Mühafizə Departamenti məlumat yayıb. "Kaldor" yanğını 28 min hektar ərazini əhatə edib. Hazırda yanğınsöndürənlər alovun qarşısını ala bilmir.

Ümumilikdə isə Kaliforniyada baş verən yanğınlar səbəbindən 36 min insan təxliyə edilib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Yanğın   ABŞ  



Xəbər lenti