Kabildən dəhşətli görüntülər: Əfqanlar övladlarını ABŞ əsgərlərinə verirlər- VİDEO

  Kabildən dəhşətli görüntülər:  Əfqanlar övladlarını ABŞ əsgərlərinə verirlər- VİDEO
  20 Avqust 2021    Oxunub:5606
Taliban hərəkatının Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra ölkədə yaranmış xaos daha da artıb. İnsanlar hələ də kütləvi şəkildə ölkəni tərk etməyə çalışırlar.
Azvision.az xəbər verir ki, sərhəddə taliblərin sərt davranışları ilə üzləşən dinc əfqanlar əsasən hava limanı ilə ölkəni tərk etməyə çalışırlar. Burada isə bir neçə gündür ABŞ və digər Qərb ölkələrinə məxsus hərbi kontingent öz vətəndaşlarının, onlarla əməkdaşlıq etmiş azsaylı əfqanların evakuasiyası ilə məşğuldur. Bu gün dünya gündəminə çevrilmiş Kabil hava limanından yeni görüntülər yayılıb. Qərb mediası, son günlər bir neçə əfqanın ölümünə səbəb olmuş Kabil aeroportunun divarları arxasında qalan əfqanların faciəvi durumunu əks etdirən yeni görüntülər yayıb.

"The Telegraph" bir əfqanın öz övladını ABŞ hərbçilərinə verməsini isə belə bir başlıqla yayımlayıb- "Əgər bizi götürə bilmirsinizsə, övladlarımızı alın!".



Tural Tağıyev
Azvision.az


Teqlər: Əfqanıstan   ABŞ  



Xəbər lenti