Qazaxıstan “Talibanı” tanımır

   Qazaxıstan “Talibanı” tanımır
  20 Avqust 2021    Oxunub:1198
Qazaxıstan hakimiyyəti “Talibanı” tanımır. " Azvision.az TASS -a istinadən xəbər verir ki, bunu Qazaxıstanın xarici işlər nazirinin müavini Akan Rahmetullin deyib.
Onun sözlərinə görə, Qazaxıstan hadisələrin inkişafını izləməyə davam edir və BMT Təhlükəsizlik Şurasının azlıqların və qadınların hüquqlarına təmin etməyə imkan verəcək inklüziv hökumət yaratmağın zəruriliyi barədə bəyanatını dəstəkləyir.

Nazir müavini onu da əlavə edib ki, Əfqanıstan vətəndaşları idaəetmə üsulunun optimal modelini hələ müstəqil olaraq müəyyənləşdirməyiblər.

Daha əvvəl Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Teri Hakala ilə müsahibəsində Əfqanıstandakı vəziyyətlə əlaqədar əsas risklərin şiddətinin Mərkəzi Asiya ölkələri üzərinə düşdüyünü söyləmişdi.

Nadir Quliyev
Azvision.az



Teqlər: Qazaxıstan   Taliban  





Xəbər lenti