Nalbandyan Aznavurun yerinə gedir

Nalbandyan Aznavurun yerinə gedir
  30 Mart 2013    Oxunub:1391
Ermənistanın xarici işlər naziri Şarl Aznavuru əvəz edəcək.
Edvard Nalbandyanın məsələsi Ermənistanın Xarici İşlər Nazirliyində qızğın müzakirə edilir. Məlumata görə Nalbandyan Ermənistanın İsveçrəyə səfiri təyin ediləcək.

Qeyd edək ki, 2009-cu ildən bu yana Ermənistanın İsveçrədəki səfiri erməni əsilli populyar müğənni Şarl Aznavurdur.

Ermənistanın xarici işlər naziri postuna isə prezident aparatının rəhbəri Viqen Sərkisyan təyin ediləcək. Xarici işlər naziri olmaq onun çoxdankı arzusu olduğu bildirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti