Energetika Nazirliyinin səlahiyyəti artırılıb

Energetika Nazirliyinin səlahiyyəti artırılıb
  20 Avqust 2021    Oxunub:1172
Energetika Nazirliyinin səlahiyyəti artırılıb.
Azvision.az -ın məlumatına görə, Prezident İlham Əliyevin Fərmanı ilə Energetika Nazirliyi haqqında Əsasnaməyə edilən dəyişikliyə əsasən, Energetika Nazirliyi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” qanuna uyğun olaraq enerji auditinin həyata keçirilməsi üçün fiziki şəxslərə ixtisas attestatı verəcək, habelə enerji idarəçisinin (menecerinin) attestasiyadan keçirilməsində iştirak edəcək.

Nazirlik, həmçinin, eyni qanuna uyğun olaraq, enerji auditorlarının və enerji auditi üzrə təşkilatların reyestrini aparacaq və onların fəaliyyətinə nəzarət edəcək, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi sahəsində dövlət nəzarətini həyata keçirəcək, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin dairəsini müəyyən edəcək, bu sahədə müvafiq tədbirlərinin həyata keçirilməsini təmin edəcək, enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlərin enerji effektivliyi fondundan maliyyələşdirilməsi üçün təkliflər verəcək.

Azvision.az



Teqlər: Energetika  





Xəbər lenti