Putin Merkeli gül buketilə qarşıladı

Putin Merkeli gül buketilə qarşıladı
  20 Avqust 2021    Oxunub:1238
Rusiya prezidenti Vladimir Putin Moskvaya səfər edən Almaniya kansleri Angela Merkellə görüşüb.
Azvision.az xəbər verir ki, yerli media Putinin danışıqlara başlamazdan əvvəl həmkarına gül verməsini diqqətçəkən məqam kimi qiymətləndirib.

"Merkel hazırkı statusuyla Rusiyaya son dəfə səfər edə bilər. Sentyabr ayında Almaniyada Merkelin iştirak etməyəcəyi Bundestaq seçkiləri baş tutacaq. O Putinlə görüşdən sonra, avqustun 22 -də Kiyevə səfər edəcək. Səfər zamanı müzakirə ediləcək məsələlər arasında iqtisadiyyat, enerji, təhlükəsizlik və aktual beynəlxalq problemlər var",-saytlar yazıb.

Tural Tağıyev
Azvision.az



Teqlər: Merkel   Putin  





Xəbər lenti