Uşaqlar virusa daha çox yoluxmağa başlayıblar

   Uşaqlar virusa daha çox yoluxmağa başlayıblar
  20 Avqust 2021    Oxunub:1092
Koronavirusun mutasiya olunmuş forması artıq uşaqlara da mənfi təsir edir.
Azvision.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən Rusiyanın səhiyyə naziri Mixail Muraşko dyib ki, yeni ştamın aqressivliyi səbəbindən azyaşlılar infeksiyaya daha çox yoluxmağa başlayıblar.

"Koronavirusun yeni variantı daha çox aqressivləşib və daha sürətlə yayılır. Həqiqətən də bu gün uşaqlar arasında yeni virus növünün aqressivliyi səbəbindən xeyli xəstələnmə halları aşkarlanır",- Muraşko jurnalistlərə bildirib.

O qeyd edib ki, evin balacaları üçün riskləri minimuma endirməkdən ötrü valideynlərə peyvənd vurulmalıdır.

Tural Tağıyev
Azvision.az



Teqlər:



Xəbər lenti