Merkel naməlum əsgərin məzarına gül dəstəsi qoyub

  20 Avqust 2021    Oxunub :753
   Merkel  naməlum əsgərin  məzarına gül dəstəsi qoyub
Almaniya kansleri Angela Merkel Moskvadakı “Naməlum əsgər” abidəsinə gül dəstəsi qoydu
Azvision.az RİA Novosti nəşrinə istinadən xəbər verir ki, Almaniya kansleri Angela Merkel Moskvadakı Aleksandr bağında naməlum əsgərin məzarına əklil qoyulması mərasimində iştirak edib.

Merkel Aleksandr Bağçasına maşınla gəlib, Fəxri qarovul dəstəsinin qarşısından keçərək, Alman bayrağının rənglərində olan lentlərlə bəzədilmiş çələngi abvidənin qarşısına qoyub.

Çələng qoyulduqdan sonra bir dəqiqəlik sükut elan olunub, sonra fəxri qarovul orkestri Almaniya himnini ifa edib.

Mərasimin sonunda Merkel danışıqlar aparmaq üçün Kremlə gedəcəyi maşına əyləşib.

Naməlum Əsgər Məzarı həlak olmuş əsgərlərin şərəfinə simvolik bir abidədir. 1966 -cı ildə naməlum sovet əsgərlərinin külü Moskva bölgəsindəki kütləvi qəbiristanlıqdan götürülərək, Aleksandr bağında təntənəli şəkildə dəfn edilib. Bir il sonra burada Əbədi Məşəl abidəsi inşa edilib.

Naməlum Əsgər Abidəsinin fəxri qarovulu - "1 nömrəli Post" 1997 -ci ildə yaradılıb. 2009 -cu ildə abidəyə Milli Hərbi Şöhrət Abidəsi statusu verilib və tezliklə kompleks “Qəhrəman şəhər” fəxri adını daşıyan şəhərlərin şərəfinə ucaldılan stela ilə tamamlanıb.

Almaniya kansleri Angela Merkelin bu statusda Rusiyaya səfəri böyük ehtimalla sonuncu olacaq. O, sentyabr ayında Almaniyada keçiriləcək Bundestaqa seçkilərdə iştirak etməyəcək. Merkel Rusiya prezidenti Vladimir Putinlə görüşdükdən sonra avqustun 22 -də Kiyevə səfər edəcək. Səfər zamanı müzakirə ediləcək məsələlər arasında iqtisadiyyat, enerji, təhlükəsizlik və aktual beynəlxalq problemlər var.

Nadir Quliyev
Azvision.az

Teqlər: Merkel   Naməluməsgər  







Xəbər lenti