NATO-dan əcnəbilərlə bağlı "Taliban"a çağırış

 NATO-dan əcnəbilərlə bağlı "Taliban"a çağırış
  20 Avqust 2021    Oxunub:2883
NATO ölkələrinin xarici işlər nazirləri Əfqanıstanla bağlı bəyanat qəbul edib.
Azvision.az TASS-a istinadən xəbər verir ki, birgə bəyanat Əfqanıstandakı vəziyyətlə bağlı fövqəladə iclasdan sonra qəbul olunub.

Bəyanatda deyilir: "İndi bizim ilk vəzifəmiz vətəndaşlarımızın, tərəfdaş ölkələrin vətəndaşlarının və hazırda risk altında olan əfqanların təhlükəsiz şəkildə təxliyəsini təşkil etməkdir. Əfqanıstandakı indiki hakimiyyəti əcnəbilərin ölkəni rahat şəkildə mane olmamağa çağırırıq".

O da bildirilir ki, indiki hökumət Əfqanıstanın beynəlxalq öhdəliklərinə riayət etməli, əfqanların insan hüquqlarını qorumalı, humanitar girişə mane olmamalıdır.

Bəyanatda o da bildirilib ki, son 20 il ərzində NATO Əfqanıstanın terrorçular üçün etibarlı bir sığınacağa çevrilməsinə imkan verməyib: “Heç bir terrorçunun bizi təhdid etməsinə icazə verməyəcəyik. Biz qətiyyətlə və həmrəy şəkildə terrorla mübarizəyə sadiqik”.

Azvision.az


Teqlər: NATO   Əfqanıstan  



Xəbər lenti