Putin: "Ümid edirəm ki, "Taliban" vətəndaşların təhlükəsizliyini təmin edəcək"

  20 Avqust 2021    Oxunub :773
      Putin:    "Ümid edirəm ki, "Taliban" vətəndaşların təhlükəsizliyini təmin edəcək"
""Taliban" Əfqanıstanda hərbi əməliyyatların bitdiyini, ictimai asayişin bərpa edildiyini elan edib. Yerli sakinlərin və xarici diplomatik nümayəndəliklərin təhlükəsizliyi ilə bağlı söz veriblər. Ümid edirəm ki, bütün bunlar həyata keçiriləcək.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin Almaniya kansleri Angela Merkellə Moskvada görüşdən sonra keçirilən birgə mətbuat konfransında
deyib. O bildirib  ki, bu proses BMT Təhlükəsizlik Şurasının əlaqələndirici rolu ilə beynəlxalq ictimaiyyət tərəfindən yaxından izlənilməlidir.

Putin qeyd edib ki,  Rusiya Əfqanıstanda stabil situasiyanın yaranmasında maraqlıdır. Lakin o, hazırda Əfqanıstanda vəziyyətin stabil olmadığını deyib.

ABŞ-ın Əfqanıstandakı fəaliyyəti barədə danışan prezident bildirib ki, onların fəaliyyətini uğurlu adlandırmaq olmaz.

“Lakin bunda ilişib qalmaq və bunun haqqında iflas kimi danışmaq Rusiyanın marağında deyil”, - deyə o bildirib.

Azvision.az

Teqlər: Əfqanıstan  







Xəbər lenti