Oğuzda dağlıq ərazidə yanğın başlayıb

Oğuzda dağlıq ərazidə yanğın başlayıb
  20 Avqust 2021    Oxunub:1818
Oğuz rayonunun Xaçmaz kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə yanğın hadisəsi barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Aviasiya dəstəsinin 1 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Azvision.az


Teqlər: Yanğın  





Xəbər lenti