Taliblər İngiltərə vətəndaşlarını döyüblər
"Zərərçəkənin sözlərinə görə, o, səfirlikdən Kabildə ingilislərin evakuasiyası üçün toplandıqları bir otelə gəlməsi ilə bağlı elektron məktub alıb. Lakin yola çıxan İngiltərə vətəndaşı ilk yoxlama məntəqəsindəcə silahlılar tərəfindən fiziki təzyiqlərə məruz qalıb. Taliblər onu və həyat yoldaşını sərt şəkildə döyərək ailəyə geri dönmələrini əmr ediblər. Hazırda onlar evdən çıxmağa qorxurlar",-nəşr yazıb.
Zərərçəkən ingilis bildirib ki, Xarici İşlər Nazirliyinin işçiləri onlara "Baron" otelinə getməyi məsləhət biliblərmiş.
"Ancaq yolda üç Taliban postu var. Biz onlara sənədlərimizi, elektron məktubu XİN-dəki məlumatlarımızı göstərdik. Buna baxmayaraq taliblər bizə hücum etdi. Ona görə belə davrandılar ki, onlar ölkədən qaçdığımızı bilirdilər. Silahlılar dedilər ki, otelə gedib çıxmağımız mümkünsüzdür. Bu səbəbdən də geri dönməliyik. Əks təqdirdə hamımızı güllələyəcəklər",- ingilis vətəndaş deyib.
Adı açıqlanmayan ingilis onu da vurğulayıb ki, təhlükəsizliyin ABŞ həbi qüvvələri tərəfindən təmin edildiyi deyilən Kabil hava limanına əcnəbilərin gedib çıxmasında da ciddi çətinliklər yaranıb. Bu səbəbdən də ingilislər əvvəlcə başqa bir məkanda toplanmalı olurlar.
Qeyd edək ki, Əfqanıstanda ilin əvvəlindən başlayan daxili çəkişmə son həftələrdə daha da ağırlaşdı. Taliblər hökumət qüvvələrinə qalib gələrək böyük şəhərləri zəbt etdikdən sonra avqustun 15-də bütün sərhəd keçidlərini ələ keçirdilər. Elə həmin gün yaraqlılar paytaxt Kabilə girərək prezident sarayından görüntülər yaydılar. Əfqanıstan prezidenti Əşrəf Qani isə ölkədən qaçdı. O, "qırğının qarşısını almaq üçün" bu cür addım atdığını bəyan etdi. Avqustun 16 -na keçən gecə isə Talibanın siyasi bürosunun sözçüsü Məhəmməd Naim Əfqanıstanda müharibənin bitdiyini açıqladı.
Tural Tağıyev
Azvision.az
Teqlər: Talib İngilis Əfqanıstan