Rusiya Ermənistanı aktiv şəkildə silahlandırır

 Rusiya Ermənistanı aktiv şəkildə silahlandırır
  21 Avqust 2021    Oxunub:3451
Rusiya Ermənistana silah tədarükünü davam etdirir. Azvision.azxəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan məlumat verib.
O bəyan edib ki, 44 günlük müharibədən sonra da Rusiya İrəvana silah tədarük edib və proses hazırda davam edir. Qriqoryan İctimai Televiziyaya müsahibəsində deyib:

"Keçən ilin noyabrından arsenalımızın modernləşdirilməsi və yenilənməsi üçün silah aldıq. Bu qalıcı bir prosesdir".

Təhlükəsizlik Şurası katibinin sözlərinə görə, Ermənistan hökuməti ordunu tamamilə modernləşdirmək niyyətindədir. O, bu vəzifənin ən qısa zamanda həll ediləcəyinə əmindir.

Tural Tağıyev
Azvision.az



Teqlər: Rusiya   Silah  



Xəbər lenti