Yaponiyadan sığınacaq almaq üçün 20 kilometr üzdü

Yaponiyadan sığınacaq almaq üçün 20 kilometr üzdü
  21 Avqust 2021    Oxunub:3282
Rusiya vətəndaşı 20 kilometrlik məsafəni üzərək Yaponiyaya keçib. Azvision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bildirilir ki, Kuril adalarında yerləşən Kunaşirdən Yaponiyanın şimalındakı Hokkaydo adasına üzən rus Sapporodakı immiqrasiya bürosuna köçürülüb. "Kyodo" agentliyi yerli hökumətdəki mənbələrə istinadən xəbər verir ki, tezliklə onun ölkədə qalacağı və ya geri deportasiya ediləcəyi barədə qərar veriləcək.

Agentlik Kunaşir ilə Hokkaydonun şərq sahilləri arasındakı məsafənin təxminən 20 kilometr olduğunu yazıb.

Tural Tağıyev
Azvision.az



Teqlər:





Xəbər lenti