Polis Qubada əməliyyat keçirib

Polis Qubada əməliyyat keçirib
  21 Avqust 2021    Oxunub:1347
“Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində Quba Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba Regional Qrupundan Azvision.az -a verilən xəbərə görə, RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı rayon sakinləri Şahin Şahkərəmov, Zaur Ömərov və Elşən Məcidov saxlanılıblar.

Həmin şəxslərin üzərinə baxış keçirilən zamanı “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin, heroin, metadon tərkibli həb və marixuana aşkar olunaraq götürülüb.

Faktlarla bağlı istintaq aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti