Axtarışda olan şəxs oğurluqdan tutuldu

Axtarışda olan şəxs oğurluqdan tutuldu
  21 Avqust 2021    Oxunub:1315
Bakıda mənzildən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, Səbail Rayon Polis İdarəsi 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayon ərazisindəki evlərin birindən 1700 manat və 6900 ABŞ dolları oğurlamaqda şübhəli bilinən E. Allahverdiyev saxlanılıb.

Saxlanılan şəxsin ətrafında aparılan tədbirlərlə onun Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.

Azvision.az





Teqlər: DİN  





Xəbər lenti