Əşrəf Qaninin qardaşından Talibana dəstək

   Əşrəf Qaninin qardaşından Talibana dəstək
  21 Avqust 2021    Oxunub:1855
Əfqanıstan prezidenti Əşrəf Qaninin kiçik qardaşı Həşmət Qani Talibanın tərəfinə keçib.
Azvision.az xəbər verir ki, bu barədə Taliban rəsmiləri məlumat yayıb.

Qeyd edək ki, bundan öncə yerli "Shamshad News" telekanalı terror qruplaşmasının rəhbəri olan Xəlil Əl-Rəxman Haqqani ilə keçmiş baş nazir, Əfqanıstan İslam Partiyasının lideri Gülbəddin Hikmətyar arasında görüş keçirildiyini bildirmişdi. Görüşün təfərrüatları açıqlanmayıb.

Xatırladaq ki, Əfqanıstanda ilin əvvəlindən başlayan daxili çəkişmə son həftələrdə daha da ağırlaşdı. Taliblər hökumət qüvvələrinə qalib gələrək böyük şəhərləri zəbt etdikdən sonra avqustun 15-də bütün sərhəd keçidlərini ələ keçirdilər. Elə həmin gün yaraqlılar paytaxt Kabilə girərək prezident sarayından görüntülər yaydılar. Əfqanıstan prezidenti Əşrəf Qani isə ölkədən qaçdı. O, "qırğının qarşısını almaq üçün" bu cür addım atdığını bəyan etdi. Avqustun 16 -na keçən gecə isə Talibanın siyasi bürosunun sözçüsü Məhəmməd Naim Əfqanıstanda müharibənin bitdiyini açıqladı.

Tural Tağıyev
Azvision.az



Teqlər: Əfqanıstan  





Xəbər lenti