Mal-qara oğurlayan ermənilər ağır qəzaya düşdülər

Mal-qara oğurlayan ermənilər ağır qəzaya düşdülər
  21 Avqust 2021    Oxunub:1622
Ermənistanın Araqaçotn vilayətinin Aparan şəhərində tragikomik hadisə baş verib.
Azvision.az xəbər verir ki, yerli media mal -qara oğrularının ağır qəza keçirməsindən yazıb.

"Polisə gecə saatlarında Aparan şəhərində iki avtomobilin toqquşması barədə siqnal daxil olub. Məlum olub ki, VAZ-2106 markalı avtomobili yolun kənarında dayanan "MAN" markalı yük maşını ilə toqquşub. Qəza nəticəsində VAZ avtomobilinin sürücüsü 18 yaşlı Albert Xaçatryan və sərnişin 23 yaşlı Arşak Ayvazyan xəstəxanaya yerləşdirilib.

Hər şey adi qıza kimi görünərdi. Ancaq xilasedicilər maşının yük hissəsini açdıqda buradan öküz tapıblar. Salondan isə buzov aşkarlanıb. Sonradan məlum olub ki, mal-qara Kuçak kəndinin 64 yaşlı sakini Qarnik Poqosyandan oğurlanıb. Heyvanlar artıq sahibinə qaytarılıb. Oğruları xəstəxanadan çıxandan sonra nələrin gözləməsi artıq bəllidir. Qocadan mal-qara oğurlayanın gəlib qəzaya düşməsinə el arasında ilahi ədalət deyirlər",-erməni kriminal saytı yazıb.

Tural Tağıyev
Azvision.az



Teqlər:





Xəbər lenti