Azvision.az xəbər verir ki, beynəlxalq məsələlər üzrə ekspert Suren Sarkisyan yerli mediaya verdiyi açıqlamada diplomatiya cəbhəsində geri qaldıqlarını deyib:
“Ermənistan və Azərbaycan ABŞ-a eyni günə yeni səfir göndərdi. Məndə olan məlumata görə, Azərbaycanın yeni səfiri artıq Vaşinqtonda akkreditə olunmuş bir sıra diplomatlar və digər mühüm şəxslərlə görüşlər keçirib.
Səfir Xəzər İbrahim Vaşinqtonu çox yaxşı tanıyır. ABŞ -da təhsil alıb. Bu diplomatiya məsələləridir və aydındır ki, hər kəs Ankaraya və Vaşinqtona səfir təyin oluna bilməz. İndi o ABŞ -a qayıdıb və
səfir bizə qarşı türk lobbiçiləri ilə fəal işləyəcək. Yeri gəlmişkən, o, ABŞ -dakı Azərbaycan icmasının potensialını səfərbər etmək üçün icma fəalları ilə də bir sıra görüşlərə başlayır".
Ekspert daha sonra ABŞ-a təyin olunan erməni səfiri haqqında danışaraq gileylənib.
-Bizim Vaşinqtona göndərilən yeni səfirimiz isə bir görüşlə, həmçinin səfirlik səhifəsindəki şərhləri bağlayaraq sosial mediada tamamilə yoxa çıxması ilə fərqlənməyə davam edir. Səfir Makunç cəmiyyətə müraciət etməyib, ABŞ -ın müxtəlif şəhərlərində olan erməni icması ilə isə görüşməyib.
Tural Tağıyev
Azvision.az