Merkel yeni kanslerin anonsunu verdi
Berlində keçirilən seçkiqabağı tədbirdə çıxış edən Merkel Bundestaqa qarşıdan gələn seçkilərdə iştirak etməyəcəyini bəyan edib. O, 1994-cü ildən bəri Federal Kansler vəzifəsini icra edir və yenidən seçilmək uğrunda ilk dəfə mübarizə aparmayacağını söyləyib. AFR-in 72 illik tarixində 50 ildir ki, federal kansler vəzifəsinə namizədlər irəli sürülür.
"Bu, hakimiyyətdə olduğumuz illəri yeni illərin əvəz etməsi naminə mübarizə aparmaq üçün bir səbəbdir. Biz bunun üçün çalışırıq. Ölkəmiz üçün, XDB (Xristian Demokratik Birliyi) üçün, gələcək Federal Kansler Armin Laşet ilə birlikdə Almaniya Respublikası üçün", - Merkel deyib.
O, Laşetin şəxsi keyfiyyətlərini, xüsusən də " insan ləyaqətinə, insanlar arasında körpülər qurulmasına önəm verməsini" yüksək qiymətləndirdiyini əlavə edib.
"Sənin fəaliyyətini məhz bu keyfiyyətlər müəyyən edir və formalaşdırır: istər Bundestaqda və Avropa Parlamentində, istər Almaniyanın ilk inteqrasiya naziri, istərsə də Şimali Reyn-Vestfaliya kimi böyük və vacib bir diyarın baş naziri olaraq! Xristian Demokrat Birliyinin sədri və kanslerliyə namizədi olaraq. Və Almaniya Federativ Respublikasının Kansleri olaraq! Mən buna çox inanaıram!” - Merkel tamaşaçıların alqışları altında deyib.
Bundestaqa seçkilər 26 sentyabrda keçiriləcək, bunun ardınca yeni hökumət qurulacaq və yeni kansler təyin ediləcək. Almaniyada partiyalar bu vəzifəyə namizədlərini əvvəlcədən elan edirlər və hökumət qurulduqdan sonra onu koalisiyadakı ən böyük tərəfdaşın namizədi tutur.
Merkel bu seçkilərdən sonra siyasətdən gedəcəyini bildirib.
Nadir Quliyev
Azvision.az
Teqlər: Almaniya Seçkilər Kansler