Türkiyədə daşqın qurbanlarının sayı 80-i keçdi

   Türkiyədə daşqın qurbanlarının sayı 80-i keçdi
  21 Avqust 2021    Oxunub:1457
Türkiyənin şimalında- Qara dəniz bölgəsində yağan güclü yağışlardan sonra yaranmış selin fəsadları davam edir.
Azvision.az xəbər verir ki, Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) daşqınlar nəticəsində ölənlərin sayının 81-ə yüksəldiyini bəyan edib:

“Sel 81 vətəndaşın ölümünə səbəb olub. 70 nəfər Kastamonu əyalətində, 10 Sinopda, 1 vətəndaş isə Bartində vəfat edib".

Bildirilir ki, hazırda itkin düşənlərin axtarışı davam etdirilir. 10,6 mindən çox xilasedici, 12 vertolyot, pilotsuz təyyarə 1317 maşın ondan çox qayıq və digər texniki resurslar cəlb edilib. İndiyə kimi bölgədən 4600 nəfər təxliyə olunub.



Tural Tağıyev
Azvision.az



Teqlər: Daşqın   Türkiyə  





Xəbər lenti