Zaxarovadan "Seuta qalmaqalı" ilə bağlı açıqlama

   Zaxarovadan  "Seuta qalmaqalı"  ilə bağlı açıqlama
  21 Avqust 2021    Oxunub:1843
Rusiya Xarici İşlər Nazirliyi (XİN) bir neçə gün öncə İspaniyanın rus gəmilərinə qarşı sərt davranış sərgiləməsinə reaksiya verib.
Azvision.az xəbər verir ki, XİN sözçüsü Maria Zaxarova bildirib ki, İspaniyanın Rusiya gəmilərinin Seuta limanına girməsinə icazə verməməsi Moskvanı təəccübləndirib.

"İspaniya səlahiyyətli orqanlarının Rusiya Hərbi Dəniz Qüvvələrinin Şimal Donanmasının gəmilərinə ("Vitse-admiral Kulakov" və onun xilasetmə yedək gəmisi olan "Altay"-red.) Seuta limanına girməsinə icazə verməkdən imtina etməsini çaşqınlıqla qarşıladıq. Bu vəziyyət, xüsusən də Rusiya hərbi gəmilərinin İspaniya limanlarına girməsi ilə bağlı mövcud olan müsbət qarşılıqlı təcrübə fonunda, ən azından qəribə görünür", - nazirliyin saytında yerləşdirilən şərhdə deyilir.

NATO-Rusiya münasibətləri kəskinləşir: Rus gəmiləri limana buraxılmadı
Zaxarova fikirlərinə onu da əlavə edib ki, ispanların belə bir addım atması iki ölkə arasında 2009-cu ildə imzalanmış Strateji Tərəfdaşlıq Bəyannaməsinin ruhuna, həmçinin son illərdə Rusiya-İspaniya qarşılıqlı fəaliyyətinin konstruktiv inkişafına ziddir.

Qeyd edək ki, İspaniya XİN-i Rusiya hərbi gəmilərinin Afrikanın şimal sahilindəki Seuta limanına daxil olmasına icazə verməyib. Rusiya tərəfi avqustun 18-dən 20-dək Seuta şəhərində "Vitse-admiral Kulakov" və onun yedək gəmisi "Altay" üçün dayanmaq icazəsi istəyib.

Tural Tağıyev
Azvision.az



Teqlər:   Rusiya   İspaniya   XİN   Gəmi  





Xəbər lenti