Çin aparatı Mars missiyasını uğurla davam etdirir

Çin aparatı Mars missiyasını uğurla davam etdirir
  21 Avqust 2021    Oxunub:1799
Çinin Marsa endirdiyi "Zhurong" kosmik aparatı üç aylıq missiyasını başa vursa da, bu ağıllı robot planetin səthini araşdırmağa davam edəcək.
Azvision.az xəbər verir ki, bu barədə "Space.com" məlumat yayıb.

Cihazın Marsda keçmişdə mövcud olmuş qədim bir gölün dibini öyrənməyə davam edəcəyi qeyd olunur. "Zhurong" artıq 92 gündür ki, uğurlu şəkildə öz missiyasını yerinə yetirir. Mayın 14 -də Marsa enənən aparat 889 metr məsafəni qət edib.

Tural Tağıyev
Azvision.az



Teqlər: Mars  





Xəbər lenti