Xocavənddə erməni hərbçilərin cəsədləri aşkarlanıb

   Xocavənddə erməni hərbçilərin cəsədləri aşkarlanıb
  21 Avqust 2021    Oxunub:1992
Azərbaycanın Xocavənd rayonu ərazisində daha iki erməni hərbçisinin cəsədi tapılıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb. Bildirilir ki, cəsədlərin qalıqları "Kamar" adlanan yerdə aşkarlanaraq Fövqəladə Hallar Xidmərinin əməkdaşları tərəfindən evakuasiya edilib.

"Cəsəd qalıqlarının hansı hərbçiyə aid olmasını müəyyən etmək üçün məhkəmə ekspertizası aparılacaq",-xəbərdə deyilir.

Qeyd edək ki, İkinci Qarbağ müharibəsi bitdikdən sonra Azərbaycan ərazilərindən aparılan axtarış tədbirləri nəticəsində 1647 erməni hərbçisinin cəsədi və ya cəsəd qalıqları tapılıb.

Tural Tağıyev

Azvision.az



Teqlər: Cəsəd   Xocavənd   Erməni-hərbçi  





Xəbər lenti