Rusiya səfirliyi "Navalnı işi" nə görə Britaniyaya xəbərdarlıq etdi
Qeyd edək ki, cümə günü İngiltərə hökuməti Navalnının zəhərlənməsi ilə əlaqədar kimyəvi silah sanksiyaları siyahısına yeddi rusiyalını əlavə etdi. Siyahıda Aleksey Aleksandrov, Vladimir Pinyaev, İvan Osipov, Vladimir Boqdanov, Kiril Vasiliev, Stanislav Makşakov və Aleksey Sedov var. Britaniya tərəfinin bildirdiyinə görə, onların hamısı Rusiya FSB -nin əməkdaşlarıdır. Londona görə, bu şəxslər, keçən ilin avqustunda Navalnının zəhərlənməsində birbaşa və ya dolayısı yolla iştirak ediblər. Rəsmi London adıçəkilən şəxslərin zəhərlənmə əməliyyatlnda iştiraklarının sübutu olaraq telefon danışıqlarının qeydlərini və onların müəyyən dacranışları haqqında olan məlumatları göstərir.
Xatırladaq ki, Navalnı ötən il avqustun 20 -də Tomskdan gələn təyyarədə halı pisləşdiyin üçün Omskda xəstəxanaya yerləşdirilmişdi.
Tural Tağıyev
Azvision.az