Taliban: "Minlərlə xarici hərbçinin təhlükəsizliyini biz təmin edirik"

   Taliban:    "Minlərlə xarici hərbçinin təhlükəsizliyini biz təmin edirik"
  21 Avqust 2021    Oxunub:1887
Taliban Kabil hava limanında olan xarici hərbçilərin təhlükəsizliyini təmin etdiyini açıqlayıb.
Azvision.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

"Qərbə aid minlərlə hərbi qulluqçu Kabil hava limanının daxilindədir və biz onların təhlükəsizliyini təmin edirik", - Talibanın sözçü bildirib.

Qeyd edək ki, Əfqanıstanda hava limanından başqa sərhəd keçidlərinin hamısı hazırda Taliban tərəfindən idarə olunur. Diplomatlar və xarici missiyalarla əməkdaşlıq edən əfqanlar da daxil olmaqla əcnəbi işçilərin təxliyəsi ABŞ və NATO ölkələrinin Kabil aeroportunda yerləşən yeganə mərkəzi vasitəsilər həyata keçir. ABŞ prezidenti Co Baydenin açıqlamasına görə, hava limanında 6 min ABŞ əsgəri var.

Xatırladaq ki, Əfqanıstanda ilin əvvəlindən başlayan daxili çəkişmə son həftələrdə daha da ağırlaşdı. Taliblər hökumət qüvvələrinə qalib gələrək böyük şəhərləri zəbt etdikdən sonra avqustun 15-də bütün sərhəd keçidlərini ələ keçirdilər. Elə həmin gün yaraqlılar paytaxt Kabilə girərək prezident sarayından görüntülər yaydılar. Əfqanıstan prezidenti Əşrəf Qani isə ölkədən qaçdı. O, "qırğının qarşısını almaq üçün" bu cür addım atdığını bəyan etdi. Avqustun 16 -na keçən gecə isə Talibanın siyasi bürosunun sözçüsü Məhəmməd Naim Əfqanıstanda müharibənin bitdiyini açıqladı.

Tural Tağıyev
Azvision.az



Teqlər: Taliban  





Xəbər lenti