Ərdoğan və Merkel Əfqanıstandakı vəziyyəti müzakirə edib

Ərdoğan və Merkel Əfqanıstandakı vəziyyəti müzakirə edib
  21 Avqust 2021    Oxunub:1090
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya Konsleri Angela Merkel arasında telefon danışığı olub.
Azvision.az xəbər verir ki, danışıq əsnasında ikitərəfli əlaqələr, Əfqanıstanda baş verən proseslər, miqrasiya və bölgədəki digər məsələlər müzakirə edilib.

Prezident Ərdoğan uyğun şərtlərin yaradıldığı təqdirdə Kabil Hava Limanında təhlükəsizlik və digər fəaliyyətlərini davam etdirəcəklərini ifadə edib.

Türkiyə Prezidenti Əfqanıstanda yaranan yeni hökumətin bütöv xalqı əhatə və təmsil etməsinin, eyni zamanda Əfqanıstandan qaynaqlanan köç səbəbi ilə yarana biləcək humanitar faciənin qarşısının alınması məqsədilə bu insanlara qonşu ölkələrdən təcili yardım göstərilməsinin vacibliyini vurğulayıb.

Azvision.az



Teqlər: Əfqanıstan   Merkel   Ərdoğan  





Xəbər lenti