Lixtenşteyn şahzadəsi Mariya vəfat edib

Lixtenşteyn şahzadəsi Mariya vəfat edib
  22 Avqust 2021    Oxunub:1118
Lixtenşteyn knyazı II Hans-Adamın xanımı, şahzadə Mariya (Mariya Kinsk fon Vxinis və Tettau) 81 yaşında vəfat edib.
Azvision.az - ın məlumatına görə, bu barədə knyaz evinin bəyanatında deyilir. Şahzadənin şənbə günü ailəsinin əhatəsində öldüyü bildirilir. Açıqlamaya görə, o, çərşənbə günü insult keçirdikdən sonra sağlamlıq vəziyyəti tədricən pisləşib.

Qeyd edək ki, Şahzadə Mariya 1940 -cı ildə Praqada qraf ailəsində dünyaya gəlib. O, 1967-ci ildə II Hans-Adam ilə evlənib və onların dörd övladı var.

Şahanə Rəhimli

Azvision.az




Teqlər: Şahzadə  





Xəbər lenti