Ukrayna Əfqanıstandan daha 83 nəfəri təxliyə etdi

Ukrayna Əfqanıstandan daha 83 nəfəri təxliyə etdi
  22 Avqust 2021    Oxunub:1415
Ukraynanın hərbi nəqliyyat təyyarəsi 31-i ukraynalı olmaqla 83 nəfəri Əfqanıstandan çıxarıb. Azvision.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski öz "Twitter" səhifəsində bildirib.
Onun sözlərinə görə, Ukrayna vətəndaşlarını Əfqanıstandan çıxarmağa davam edir.

"Səhər hərbi təyyarələrimiz Kabildən Kiyevə gəldi və 31 ukraynalı da daxil olmaqla 83 nəfəri təxliyə etdi", - deyə məlumatda bildirilir.

Bundan əvvəl, avqustun 16 -da Ukrayna 8 -i öz vətəndaşı olmaqla 80 nəfərin Əfqanıstandan təxliyə edildiyini elan etmişdi.

Şahanə Rəhimli
Azvision.az



Teqlər: Ukrayna   Əfqanıstan   Təxliyə  





Xəbər lenti