Ermənistanda daha 15 nəfər virusdan ölüb

Ermənistanda daha 15 nəfər virusdan ölüb
  22 Avqust 2021    Oxunub:984
Ermənistanda son sutka ərzində daha 385 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 237 634 nəfərə çatıb.

Ermənistanda koronavirusdan bir gündə 15 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 4752-yə yüksəlib. Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 1146 nəfərdir.

Aktiv xəstələrin sayı 7482 nəfər təşkil edir.

Azvision.az




Teqlər: Ermənistan   virus  





Xəbər lenti