Pakistanlı zabit Əfqanıstanla sərhəddə öldürülüb

Pakistanlı zabit Əfqanıstanla sərhəddə öldürülüb
  23 Avqust 2021    Oxunub:1501
Əfqanıstanla həmsərhəd Şimali Vəziristan bölgəsində Pakistan ordusunun bir zabiti öldürülüb, iki hərbçi yaralanıb. Onların olduğu avtomobil Tobo qəsəbəsində terrorçuların yerləşdirdiyi əldəqayırma minaya toxunaraq partlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Pakistanın Müdafiə Nazirliyi məlumat yayıb.

Həmin gün, Şimali Vəziristanın Boya bölgəsində kəşfiyyat əməliyyatı zamanı Pakistan xüsusi təyinatlıları bölgədə fəaliyyət göstərən separatçı qruplardan birinin yaraqlısını məhv edib.

Separatçılar Şimali və Cənubi Vəziristanda “Vəziristan İslam Dövləti” (VİD) yaratmağa çalışırlar. Son aylarda qonşu Əfqanıstanda “Taliban”ın hərbi uğurları fonunda onların hücumları artıb.

Vəziristan Əfqanıstanla sərhəddə yerləşir. 2009 -cu ilin dekabrında Pakistan hökuməti “VİD” yaradıldığını bəyan edən separatçılar üzərində qələbəsini elan etdi. Hazırda bu bölgədəki bir çox rayon onların nəzarətindədir, qanunsuz silahlı birləşmələrin sayı təxminən 35 min nəfərdir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Pakistan   Terror  



Xəbər lenti