Yaponiya Əfqanıstana hərbi təyyarə göndərir
"Evakuasiya üçün bu gecə ilk təyyarə Əfqanıstana göndəriləcək. Bu məsələ Milli Təhlükəsizlik Şurasının səhər iclasında müzakirə edilib", - o bildirib.
Rəsminin sözlərinə görə, söhbət C-130 hərbi nəqliyyat təyyarəsindən gedir.
Evakuasiya ilk növbədə Yaponiya vətəndaşlarını, eləcə də onların ailə üzvlərini əhatə edəcək. Həmçinin, Əfqanıstandan Yaponiya səfirliyində, Beynəlxalq Əməkdaşlıq Agentliyinin nümayəndəliyində və digər təşkilatlarda işləyən yerli sakinlərin çıxarılması planlaşdırılır.
Yaponiya daha əvvəl Kabildəki diplomatik missiyasını müvəqqəti olaraq bağlamışdı. Yaponiya səfirliyinin bütün işçiləri Dubaya təxliyə edilib.
Xatırladaq ki, "Taliban" hərəkatının yaraqlıları avqustun 15 -də Kabilə döyüşsüz daxil olaraq bir neçə saat ərzində Əfqanıstanın paytaxtı üzərində tam nəzarəti ələ aldılar. Əfqanıstan Prezidenti Əşrəf Qani qan tökülməsinin qarşısını almaq üçün istefa verdiyini və ölkəni tərk etdiyini söylədi. Hazırda Qərb ölkələri öz vətəndaşlarını və səfirlik işçilərini Əfqanıstandan təxliyə edir.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Yaponiya Əfqanıstan Təxliyə







Vaxtında, Aydın, Lazımlı!


