Gürcüstanda virusdan daha 60 nəfər ölüb

Gürcüstanda virusdan daha 60  nəfər ölüb
  23 Avqust 2021    Oxunub:1056
Gürcüstanda son sutka ərzində koronavirusa 2 354 yoluxma halı qeydə alınıb. Ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatına görə, virusa yoluxmuş 60 nəfər ölüb.
Azvision.az xəbər verir ki, indiyədək Gürcüstanda 517 098 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Ölənlərin sayı isə 6 831 nəfərə çatıb.

Virusa yoluxanlardan 453 488 nəfərin sağaldığı bildirilir. Hazırda aktiv xəstələrin sayı 56 753 nəfər təşkil edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Gürcüstan   Virus  



Xəbər lenti