"Taliban" Pəncşeri mühasirəyə alıb

"Taliban" Pəncşeri mühasirəyə alıb
  23 Avqust 2021    Oxunub:1034
“Taliban” radikal hərəkatı Əfqanıstanın Pəncşer əyalətində yerləşən müqavimət qüvvələrini mühasirəyə aldığını bəyan edib.
Azvision.az xəbər verir ki, bu barədə hərəkatın nümayəndəsi Zabihulla Mücahid “Twitter”də bildirib.

- "Taliban" qüvvələri Pəncşer yaxınlığında mövqe tutdu. Düşmən (müqavimət qüvvələri – red) mühasirədədir. Biz danışıqlar, sülh yolu ilə həllə çalışırıq, - deyə o yazıb.

Xatırladaq ki, Pəncşer Əfqanıstanın yeganə əyalətidir ki, taliblərin nəzarətində deyil. Həmin ərazidə bəzi əfqan siyasətçilər, həmçinin Əfqanıstanın qəhrəmanı Əhmədşah Məsudun oğlu Əhməd Məsudun rəhbərlik etdiyi müqavimət qüvvələri toplanıb.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Əfqanıstan   Taliban   Pəncşer  





Xəbər lenti